Anar Əsədli: ‘’Bəzi məsələləri biz ermənilərdən yox, sülhməramlılardan soruşacağıq’’backend

Anar Əsədli: ‘’Bəzi məsələləri biz ermənilərdən yox, sülhməramlılardan soruşacağıq’’

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənilərin addımları çarəsizliyin üzə vurmasıdır, yəni özlərinin çıxılmaz vəziyyətini müxtəlif postlar qurmaqla büruzə verirlər”.

Bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli ermənilərin Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil yollarda “yeni nəzarət məntəqələri” yaradacağı ilə bağlı məlumatları Editor.az-a  şərh edərkən deyib.

O bildirib ki, daxili yollarda iki, ya da iyirmi iki məntəqə qursalar da heç nə dəyişməyəcək: “Qurduqları məntəqələr onlara bizim üzərimizdə strateji üstünlük qazandırmaz. Bunlar sadəcə “nəsə etməliyik” prinsipindən yola çıxırlar. Bizi monitorinq edib, nəyə nail olacaqlar. Bizim kəşfiyyatımız da, ordumuz da onların aldıqları nəfəsi belə monitorinq edirlər. Bu mənada onların atdığı addım qabaqdangəlmişlikdir’’.

Anar Əsədli qeyd edib ki, ermənilərin daxildəki yollarda post qurmağa qadağa gətirən maddələr 10 noyabr bəyanatında yoxdur: ‘’Amma istənilən silahlı birlikləri qeyri-qanunidir, bu da bizim əlimizi, qolumuzu gücləndirir. Çünki onlara qarşı əməliyyat keçirmə haqqı əldə etmiş oluruq. Ancaq bəzi məsələləri biz ermənilərdən yox, sülhməramlılardan soruşacağıq. Bu şərtlərlə sülhməramlıların özlərinin orada qalıb-qalmaması sual altına düşəcək. İndi kim bu oyunu bizimlə oynamaq istəyirsə, buyursun onlar üçün nəticəsi ağır olacaq”.

Editor.az,Gülnarə Abasova