Anasını evdə başa kişiylə tutduğuna görə öldürüb – Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – FOTObackend

Anasını evdə başa kişiylə tutduğuna görə öldürüb – Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Hadisə noyabrın 3-ü saat 23 radələrində Şüvəlanda qeydə alınıb.

Editor.az  Milli.az-a istinadən xəbər verir ki, Yardımlı rayon sakinləri, 20 yaşlı Sadiq Beybudlu kirayədə yaşadığı Şüvəlan qəsəbəsindəki evdə anası, 1984-cü il təvəllüdlü Zəminə Beybudlunun ayağına bıçaqla xəsarət yetirib, sonra boynunu sındıraraq öldürüb.

Daha sonra anasının tanışı 1985-ci il təvəllüdlü Elvin Allahverdiyevin əlinə taxta parçası ilə xəsarət yetirib.

Dəhşətli cinayət hadisəsinə səbəb 20 yaşlı Sadiqin anasını evdə başqa kişi ilə tutması olub. Anasını öldürdükdən sonra S.Beybudlu həmin şəxsi – Elvin Allahverdiyevi də yaralayıb.

 

Oğlu tərəfindən qətlə yetirilən Zəminə Beybudlunun qohumlarının sözlərinə görə, o, ilk ailəsindən ayrılıb və Sadiq Beybudlu da onun ilk evliliyindən olan övladı olub.