Anasının yas mərasimində partlayış törədildi – 8 ölü, 20 yaralıbackend

Anasının yas mərasimində partlayış törədildi – 8 ölü, 20 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanın paytaxtı Kabildə İdgah adlanan məscidi yaxınlığında güclü partlayış baş verib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Kabul News” telekanalı məlumat yayıb.

Kabildə İdgah adlanan məscid yaxınlığında güclü partlayış nəticəsində ən azı 8 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bildirilir ki, hadisə Taliban nümayndəsi Zabihullah Mücahidin anasının yas mərasiminin keçirildiyi zaman törədilib.

Nümayəndənin sözlərinə əsasən, hazırda paytaxtda Taliban döyüşçüləri və”İŞİD” teror qruplaşmasının silahlıları arasında atışma gedir.

Partlayış nəticəsində dinc sakinlərin arasında ölənlərin olduğu qeyd edilir, lakin qurbanların sayı barədə məlumat verilməyib.