Andres Pereyra “Fulham”a transfer olundubackend

Andres Pereyra “Fulham”a transfer olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İcarə əsasında Brazilyanın Flaminqo klubunda oyunayan ancaq İngiltərənin “Mançester Yunayted” klubuna məxsus olan Andres Pereyra İngiltərnin “Fulham” klubuna transfer olunub. Editor.az “Sporx” saytına istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalanıb. Müqaviləni imzalayandan sonra futbolçu öz fikirlərini klubun rəsmi saytına bildirib.

“Burda olmaqdan çox xoşbəxtəm. Mövsümə “Fulham”la başlamaq üçün səbirsizlənirəm. “Fulham”ın layiq olduğu yerdə olması üçün əlimdən gələni edəcəyəm. “-deyə Andres Pereyra

Qeyd edək ki, keçən mövsüm “Flaminqo”nun heyətində 23 oyuna çıxan Pereyra 1 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əlavə olaraq onun adı İstanbul nəhəngləri “Fənərbaxça” və “Beşiktaş”a transfer olmaqla hallanırdı.

//Nəzərbəy Hacıağayev, Editor.az