Türkiyə xüsusi xidmət orqanları Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində şübhəli bilinən daha bir şəxsi saxlayıb.
Editor.az “Hürriyət” qəzetinə istinadən bildirir ki, 2016-cı ildə Karlova hücum edən və cinayət yerində öldürülən keçmiş polis, Mevlütün tanışı Mert Altıntaşın həyat yoldaşı nəzarətə götürülüb.
Nəşr polisdəki mənbələrə istinadən yazır ki, qadın Türkiyədə terrorçu sayılan islam təbliğatçısı Fətullah Gülənin təşkilatının – FETÖ üzvüdür. Karlovun qatilini tanıdığı iddia edilən qadının və ərinin tam adları göstərilmir.
Yalnız müvafiq olaraq A.S. və Ş.S. şəklində onların baş hərfləri verilir, Qadının saxlanılması üçün əməliyyat İstanbulda keçirilib. Qəzetdə başqa təfərrüatlar göstərilmir. Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da – “Rusiya türklərin gözü ilə” fotosərgisinin açılışında çıxış edərkən öldürülüb.
//Samir Qurbanov, Editor.az

