Rusiya Əfqanıstana niyə ordu göndərmir?-SƏBƏB AÇIQLANDIbackend

Rusiya Əfqanıstana niyə ordu göndərmir?-SƏBƏB AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Əfqanıstana ordu göndərməməsinin səbəbi Sovetler dönəmindən qalma travma ilə bağlı ola bilər.

Editor.az lenta.ru-ya istinadən xəbər verir ki  bu sözləri “Valday” siyasi diskusiya klubunun eksperti Andrey Kazansev söyləyib. Andrey Kazansev bildirib ki, 1979-1989-cu illərdəki Əfqanıstan savaşı Rusiya tarixində elə dərin izlər buraxıb ki,çətin bir də Rusiya mövcud risklərə getsin.

Qeyd edək ki, 9 iyul tarixində “Taliban” yaraqlıları Əfqanıstanın ikinci ən böyük şəhəri olan Qəndahara daxil olublar. Nəticədə bir neçə dinc sakin həlak olub. Hazırda Rusiyanın Əfqanıstanla sərhədi olan Tacikistanda 201-ci hərbi bazası yerləşir.

Eyni zamanda Rusiyanın Qırğızıstanda “Kant” hərbi bazası yerləşir. Bundan əlavə hazırda Özbəkistanda hərbi təlimlər keçirilir.

1 may tarixində ABŞ və NATO hərbi qüvvələrinin bölgədən çəkilməsindən sonra Əfqanıstanda mövcud vəziyyət daha da ağırlaşıb.  ABŞ prezidenti Co Bayden 31 avqusta qədər bütün hərbi qüvvələrin bölgədən çıxardılacağını,  lakin lazım gəldiyində uzaq məsafadən zərbələr endirə biləcəklərini bildirib.

//Müşfiq, Editor.az