Andrey Makareviç: Mənim ölkəm dəli olubbackend

Andrey Makareviç: Mənim ölkəm dəli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı rəssam Andrey Makareviç fevralın 24-də Ukrayna qarşı başladılan müharibə ilə bağlı təsirli video paylaşıb.
Bu barədə Editor.az  Unian.net-ə istinad edərək məlumat yayıb.

Videoda ifa etdiyi yeni mahnısında Makareviç insanların doğulacaqları ölkəni seçmədiyini diqqətə çatdırmağa çalışır. O, həmvətənlilərinin döyüşə getdiyini və onların qarşısını ala bilmədiyi barədə oxuyur.
Bundan əlavə, Makareviç klipdə “Ölkəm dəli olub və mən buna kömək edə bilmirəm” sözlərini də səsləndirir. Sonda o, ruslara müraciət edərək, hər kəsi Ukrayna qarşı müharibənin dayandırılmasına kömək etməyə çağırıb.

Editor.az