Vladimir Putin öz həyatı üçün qorxduğundan nüvə silahından istifadəyə qərar verməyəcək.
Editor.az bildirir ki, bunu ABŞ-da yaşayan rusiyalı politoloq və publisist Andrey Piontkovski “GORDON” nəşrinin baş redaktoru Ales Batsmana müsahibəsində deyib. Onun fikrincə, ilk növbədə hərbi baxımdan belə bir addımın heç bir mənası olmaz.
“Yaxşı, tutaq ki (bu, dəhşətli fərziyyədir) o, Ukraynanın hansısa şəhərini dağıdıb, yüz minlərlə insan öldürür. Nə olsun? Ukrayna Xersondakı hücumu dayandıracaqmı? Yoxsa Qərb Ukraynanı dəstəkləməyi dayandıracaq? – Xeyr, Piontkovski deyib. Lakin Rusiya prezidenti üçün “düyməni basmağın” qarşısını alacaq həlledici arqument öz həyatını, uşaqlarını və kapitalını xilas etmək istəyi olacaq. Politoloq əmindir ki, Putin bütün bunları uduzacağı ilə bağlı açıq xəbərdarlıq alıb. “Artıq ona sadəcə öldürəcəklərini bildiriblər.
Bu onu narahat etmir? Əslində çox narahat edir. O, dünyanın ən varlı adamıdır, Kabayevadan çoxlu övladları var. Hamını xilas etmək lazımdır. Hamını bir bunkerə daşımaq olmaz”, – rusiyalı publisist öz proqnozunu bölüşüb. Piontkovski: İndi Rusiyada vətəndaş müharibəsinin birinci mərhələsi elit mərhələdir. Priqojin və Kadırov hərbi rəhbərliyi güllələməyi tələb edirlər.
//Samir,Editor.az

