Andrey Şevçenko Ukrayna Futbol Federasiyasının (UAF) prezidenti seçilibbackend

Andrey Şevçenko Ukrayna Futbol Federasiyasının (UAF) prezidenti seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Ukrayna milli komandasının keçmiş futbolçusu və keçmiş məşqçisi Andrey Şevçenko Ukrayna Futbol Federasiyasının (UAF) prezidenti seçilib.

Editor.az Federasiyanın mətbuat xidmətinə istianadən xəbər verir ki, onun müavini Ukrayna millisinin digər keçmiş futbolçusu və hazırkı məşqçisi Sergey Rebrov olacaq.

UAF-ın növbədənkənar qurultayında iştirak edən 94 nəfərdən 93-ü Andrey Şevçenkonun namizədliyini dəstəkləyib. Onun bir dənə də rəqibi olmayıb. Andriy Şevçenko prezident seçildikdən sonra etdiyi çıxışda hətta Rusiya ilə davam edən hərbi münaqişə kontekstində də Ukrayna futbolunu daha yüksək səviyyəyə qaldırmaq niyyətində olduğunu açıqlayıb. UAF-ın əvvəlki prezidenti, Ukrayna Ali Radasının keçmiş deputatı Andrey Pavelko Konqres üzvlərinin qərarı ilə tutduğu vəzifədən kənarlaşdırılıb.

Hazırda o, büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsi ilə bağlı cinayət işi üzrə istintaq təcridxanasında həbsdədir.
Xatırladaq ki, 2021-ci ilin yayına qədər Andrey Şevçenko baş məşqçi kimi Avropa çempionatının 1/4 finalına çıxardığı Ukrayna millisinə rəhbərlik edib. 2023-cü il yanvarın ortalarında İtaliyanın “Cenoa” klubunun baş məşqçisi postunu tərk edib.

Andrey Şevçenko 2004-cü ildə “Qızıl top”un qalibidir. O, 2012-ci ildə oyunçu kimi karyerasını bitirib. Andrey Şevçenko Kiyev “Dinamo”, İtaliyanın “Milan” və Londonun “Çelsi” klublarında çıxış edib.

//Samir Qurbanov, Editor.az