Andrey Yermak: ABŞ Ukraynanı sonacan dəstəkləyəcəkbackend

Andrey Yermak: ABŞ Ukraynanı sonacan dəstəkləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Rusiya-Ukrayna müharibəsindəki qələbəsinə aydın baxışı var və artıq onun tərəfdaşları, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən paylaşıldığını görür.

Editor.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla birgə mətbuat konfransında Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak deyib. Onun sözlərinə görə, Ukrayna qələbə hesab etdiyi şeyi artıq tərəfdaşlarına çatdırıb.

Bu plan Ukraynanın bütün ərazilərinin (yəni Donbas və Krım da daxil olmaqla) tam işğaldan çıxarılmasını, Rusiya tərəfindən təzminatların ödənilməsini və Rusiya Federasiyasının yenidən hücuma keçməsinə imkan verməyəcək beynəlxalq təminatların yaradılmasını ehtiva edir. Ofis rəhbəri vurğulayıb ki, bu baxış Ceyk Sallivanın timsalında ABŞ-ın baxışları ilə üst-üstə düşür.

“Bizim qələbə anlayışımız partnyorlarımızın anlayışı ilə tam üst-üstə düşür, bu, ən vacib şeydir. Bizim heç bir fikir ayrılığımız yoxdur. Əsas tərəfdaşlarımız ABŞ, İngiltərə, Almaniya, Fransa deyirlər ki, qələbəyə qədər bizi dəstəkləyəcəklər”. Jake Sullivan da öz növbəsində, ABŞ-ın qeyri-məqbul şərtlər irəli sürən Rusiya ilə danışıqlardan imtina etdiyini söyləyib.

  //Samir Qurbanov,Editor.az