Anjey Duda: Gec və ya tez tərəflər danışıqlar masası arxasına əyləşəcək, lakin…backend

Anjey Duda: Gec və ya tez tərəflər danışıqlar masası arxasına əyləşəcək, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gec-tez Rusiya ilə Ukrayna arasında münaqişə danışıqlar masası arxasında həll olunacaq. Lakin bu gün danışıqlar üçün heç bir şərait yoxdur.

Editor.az bildirir ki, bunu Polşa prezidenti Anjey Duda deyib: “Gec və ya tez, tərəflər bu və ya digər şəkildə danışıqlar masası arxasına əyləşəcək, lakin şərtlərin nə olacağını dəqiq söyləmək çətindir.

Bir şey aydındır – bu gün bu şərtlər mövcud deyil”, – deyə Duda Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı NATO-nun baş katibi Yens Stoltenberqin oxşar mövqeyi ilə razılaşaraq bildirib.

Qeyd edək ki, yanvarın 1-də Stoltenberq bildirmişdi ki, Rusiya-Ukrayna münaqişəsi çox güman ki, sülh danışıqları yolu ilə həll olunacaq. Bununla belə, o vurğulayıb ki, sülh sazişinin şərtləri xüsusi əməliyyatın keçirilməsi zamanı iki ölkə arasında qüvvələr balansından asılıdır. Bu gün – yanvarın 19-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın məqsədlərinə bu və ya digər şəkildə nail olunacağını bildirib. Onun sözlərinə görə, Ukrayna bu tələbləri nəzərə almaq istəyini nümayiş etdirdiyi zaman öz ölkəsini yenidən qurmağa başlaya biləcək.

Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov isə yanvarın 17-də Rusiya ilə danışıqların bərpası üçün Ukraynanın ərazi bütövlüyünü əsas şərt adlandırıb. Rusiya prezidenti Vladimir Putin deyib ki, Kiyev “yeni ərazi reallıqlarını”, yəni yeni regionların Rusiya Federasiyasına qoşulmasını nəzərə alacağı təqdirdə dialoq mümkündür.

//Samir Qurbanov,Editor.az