Anjey Duda: Yalvarıram, Rusiyanın kapitulyasiyasını Pereyaslavda qəbul edin!backend

Anjey Duda: Yalvarıram, Rusiyanın kapitulyasiyasını Pereyaslavda qəbul edin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa prezidenti Anjey Duda Vladimir Zelenskiyə Rusiyanın Pereyaslavda təslim olmasını qəbul etməyi tövsiyə edib. Editor.az bildirir ki, bu barədə WPROST.pl nəşri yazıb.

Yazıda bildirilir ki, yanvarın 31-də Polşa prezidenti xanımı ilə birlikdə Latviyaya gəlib. Riqada o, bu ölkədə yaşayan polyaklarla görüşüb və onlara Ukrayna prezidenti ilə bu yaxınlarda keçirdiyi söhbətdən danışıb.

O qeyd edib ki, hər kəs Rusiya ilə sülh şəraitində yaşamaq və sərbəst inkişaf etmək istərdi, lakin bu, mümkün deyil. Çünki o, hücum edir, soyur, öldürür və azadlığı insanların əlindən almağa çalışır: “Mən deyirəm: Volodimir, tariximizə baxaraq, bu yollar bir vaxtlar necə ayrılıb.

Yalvarıram – Rusiyanı məğlub edəndə, ruslar sülhə imza atmaq üçün burada diz çökəndə, onları Pereyaslava aparın, qoy orada sizinlə sülh imzalasınlar və bu sülh bütün ötən illərin sovet və rus təsirinin üstündən xətt çəksin. Çarizm dövründən son vaxtlara qədər davam edən bu əsirliyi aradan qaldırsın, hansı ki, indi də özünüzü müdafiə edirsiniz”, – deyə Duda deyib.

  //Samir Qurbanov, Editor.az