Ankara BMT Baş Assambleyasında Qara dəniz taxıl təşəbbüsünün bərpasına çalışacaqbackend

Ankara BMT Baş Assambleyasında Qara dəniz taxıl təşəbbüsünün bərpasına çalışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara Qara dəniz taxıl təşəbbüsünün bərpasına, o cümlədən sentyabrın 19-da başlayacaq BMT Baş Assambleyasına qədər bu istiqamətdə məsləhətləşmələr aparmağa çalışacaq.

Editor.az bildirir ki, bu barədə Ankaradakı diplomatik mənbələr məlumat verib. “BMT Baş Assambleyasının başlamasına hələ bir az vaxt var. Həm BMT, həm də taxıl sazişlərinin bütün tərəfləri ilə əlaqələri xeyli intensivləşdirmək niyyətindəyik.

Biz indi əsaslı şəkildə Rusiyanın iştirakı ilə sövdələşməni canlandırmaqdan danışırıq”.

Agentliyin həmsöhbəti daha sonra qeyd edib ki, danışıqlar ən yüksək səviyyədə planlaşdırıldığını və Rusiya tərəfinin prosesdən kənarda qalmamalı olduğunu xatırladıb. Ankaranın BMT-dən Moskvaya sazişlə bağlı konkret təkliflərlə yeni məktub göndərməsini xahiş edəcəyi bildirilir.

//Samir Qurbanov, Editor.az