Ankara Donald Trampın yeni gömrük rüsumlarının ləğvinə çalışacaqbackend

Ankara Donald Trampın yeni gömrük rüsumlarının ləğvinə çalışacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ticarət naziri Ömər Bolat bildirib ki, Ankara ABŞ prezidenti Donald Trampın yeni 10%-lik gömrük rüsumlarının ləğvi ilə bağlı Vaşinqtonla danışıqlar aparmağı planlaşdırır.

“Biz bu məsələni ABŞ Ticarət Nümayəndəliyi ilə danışıqlarda müzakirə etmək istəyirik. Çünki iki ölkə arasında 2024-cü ildə ABŞ-ın xeyrinə 2,4 milyard dollarlıq müsbət ticarət balansı var”, – Ömər Bolat deyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl 185 ölkədən idxala yeni rüsumlar tətbiq edib.

//Samir Qurbanov, Editor.az