“Ankara Moskvanı qarşısına alacaq ritorika YÜRÜTMƏYƏCƏK” -ŞƏRHbackend

“Ankara Moskvanı qarşısına alacaq ritorika YÜRÜTMƏYƏCƏK” –ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna müharibəsinin Rusiya tərəfdən yaratdığı neqativ nəticələrdən biri də uzun illər neytrallıq mövqeyini qoruyub saxlayan dövlətlərin hərbi yönünü seçməsi oldu. İsveç və Finlandiya İkinci Dünya Müharibəsindən bəri qoşulmayan dövlətlər sırasında yer almışdır. Bu dövlətlərin neytral mövqeyi SSRİ, sonradan Rusiyanın güclü mövqeyi ilə bağlı olub. Bugün belə qərarın verilməsində Rusiyanın zəifləməsi və kollektiv Qərbin təzyiqləri önəmli faktordur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Siyasi analitik İsveç və Finlandiyanın NATO-ya qoşulması məsələsinə Türkiyənin sərgilədiyi mövqeni də şərh edib:

“Bu dövlət dünyanın supergüc ölkəsidir. Əzilən dövlətlərin yanında olduğu qədər maraqlarını dikt etmə gücünə də sahibdir. Finlandiya və İsveç uzun müddətdir, Ankara əleyhinə təbliğatlar aparır. Terror təşkilatlarına qucaq açır, PKK partizanlarını bəsləyir. Terrordan əziyyət çəkən ölkə olaraq Türkiyə öz milli təhlükəsizliyini hər şeydən öndə tutur. Əslində Ərdoğanın məlum bəyanatı qarşı tərəfə şərt kəsmək məqsədi daşıyır. Türkiyə bu dövlətləri qəbul edə bilər, o şərtlə ki, onlar da terrorla mübarizədə Türkiyəyə dəstək olsunlar. Rusiya ilə münasibətlərdə isə Türkiyə çox zaman uzlaşma ritorikası tətbiq edib. Lakin burda da Ankaranın milli maraqları prioritet təşkil edir. Ümumən proseslərin gedişi, coğrafi və strateji yaxınlıq amilləri deməyə əsas verir ki,  Ankara Moskvanı kəskin şəkildə qarşısına alacaq ritorika yürütməyəcək”.

//Gülnarə Abasova, Editor.az