Ankara Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi olmaq niyyətindədirbackend

Ankara Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçi olmaq niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı Ankaranın Ukrayna münaqişəsinin həllində vasitəçi olmağa hazır olduğunu açıqlayacaq.

Editor.az bildirir ki, bu barədə “Milliyet” qəzeti mənbələrə istinadən yazıb.

“Ərdoğan regionda davamlı sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayacaq və davamlı sülhün təmin edilməsi üçün vasitəçi rolunu öz üzərinə götürməyə və birbaşa danışıqların təşkili də daxil olmaqla hər cür dəstəyi verməyə hazır olduğunu bəyan edəcək”, – materialda deyilir.

Bundan əlavə, Rusiya və Türkiyə prezidentlərinin görüşü ərəfəsində “Rusiyanın “taxıl sazişi”nə qayıtmasına ümid var”.

Xatırladaq ki, Putin və Ərdoğan bazar ertəsi, sentyabrın 4-də Soçidə görüşəcək. Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşündə iki dövlət başçılarının qarşıdakı görüşü üçün nəzərdə tutulan məsələləri əvvəlcədən ətraflı təhlil ediblər.

//Samir Qurbanov, Editor.az