Türkiyə hakimiyyəti Rusiya və ABŞ arasında İstanbulda başlayan danışıqlara müdaxilə etmir.
Türkiyə prezidentinin administrasiyası bildirib ki, Ankara diplomatik məsləhətləşmələrin region və ölkələr arasında münasibətlər üçün nəticə verəcəyinə ümid edir. “Biz prosesə qarışmırıq, təfərrüatları danışıqların iştirakçılarının özlərindən öyrənin. Biz ancaq ümid edirik ki, Türkiyədə bu danışıqlar həm tərəflər (Rusiya, həm Amerika – red.), həm də region üçün konkret nəticələr verəcək”, – Türkiyə Prezidentinin Administrasiyasından bildiriblər.
Qeyd edək ki, yerli vaxtla saat 10:00-a planlaşdırılan danışıqlar artıq başlayıb.
//Samir Qurbanov, Editor.az