Ankarada atışma: 5 nəfər öldübackend

Ankarada atışma: 5 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Ankarada qonşular arasında yaranan mübahisə zamanı tapançadan açılan atəşlə ikisi uşaq olmaqla beş nəfər ölüb.

Editor.az bildirir bu barəə Türkiyənin NTV telekanalı xəbər verib. Xəbərdə deyilir: “Türkiyənin paytaxtında eyni ailədən iki uşaq olmaqla beş nəfər mübahisə etdikləri qonşusu tərəfindən silahla vurularaq öldürülüb”. Paytaxtın Sincan rayonunda Papatya küçəsində baş verən hadisə zamanı məlum olub ki, bir ailənin 4 üzvü güllələrdən dünyasını dəyişib. Yaralılardan biri xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.
Telekanal xəbər verir ki, atışmada şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb, hazırda müstəntiqlər faciə yerində işləyirlər.

//Samir Qurbanov, Editor.az