Ankaradan Eskişehirə gedən avtobus yerüstü keçidin dayağına çırpılıb.
İlkin məlumatlara görə, qəza nəticəsində 9 nəfər həlak olub, 26 nəfər xəsarət alıb.
Editor.az bildirir ki, bu barədə paytaxt meri Vasip Şahin məlumat verib. Polis hadisə yerindədir və qəzanın bütün səbəblərini araşdırır.
//Samir Qurbanov, Editor.az