Ankaranın Çubuk rayonunda bu gün gecə saatlarında 3,7 bal gücündə zəlzələ baş verib.
Editor.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin dərinliyinin 6,96 km olduğu açıqlanıb. Digər tərəfdən, Kandilli Rəsədxanası zəlzələnin 3,8 bal gücündə olduğunu açıqlayıb.
//Editor.az

