Ankaranın rayonlarından birində sənaye obyektində güclü yanğın baş verib. Yanğının səbəbi məlum deyil, itkilər barədə hələlik məlumat yoxdur.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyə paytaxtının bələdiyyə sədri Mənsur Yavaş hadisə yerinə gəlib. Yanğın yerinə 80-ə yaxın yanğınsöndürən maşın göndərilib. Türkiyənin CNN telekanalının məlumatına görə, yanğın tullantıların emalı zavodunda baş verib.
Yanğının makulatura və köhnə avtomobil təkərlərinin alışması ilə başladığı güman edilir. Yanğının ölçüsü məlum deyil. Yanğından yüksələn qatı qara tüstü şəhərin demək olar ki, hər yerindən görünür. “İhlas” xəbər agentliyinin məlumatına görə, yanğın yerinə çoxlu sayda təcili yardım və polis də gəlib.
//Samir Qurbanov, Editor.az