Ankarada saat yarımlıq KRİTİK MÜZAKİRƏ: Ərdoğan Blinkenlə nədən danışıb?backend

Ankarada saat yarımlıq KRİTİK MÜZAKİRƏ: Ərdoğan Blinkenlə nədən danışıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Antoni Blinkeni qəbul edib.

Editor.az  report.az-a istinadən xəbər verir ki, təxminən 1,5 saat davam edən görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların satışı müzakirə edilib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı münaqişəni, NATO müttəfiqləri kimi ümumi təhlükəsizlik prioritetlərini və ikitərəfli ticarət və investisiyalarımızı genişləndirmək istəyimizi müzakirə etdik, – Blinken sosial media hesabında görüşlə bağlı açıqlamasında qeyd edib.