Türkiyə paytaxtında terror aktı törətməyə cəhd edən terrorçunun kimliyi məlum olub.
Editor.az Türkiyə mənbələrinə istinadən bildirir ki, DNT testi nəticəsində ikinci terrorçunun separatçı PKK üzvü Özkan Şahin olduğu müəyyən edilib, – Türkiyə Daxili İşlər Nazirliyindən bildiriblər.
Xatırladaq ki, terror aktına cəhd oktyabrın 1-də baş verib və iki nəfər iştirak edib – bir terrorçu özünü partladıb, digəri isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.
//Samir Qurbanov, Editor.az

