Ankarada Türkiyə-Rusiya-Suriya üçtərəfli görüşü keçiriləcəkbackend

Ankarada Türkiyə-Rusiya-Suriya üçtərəfli görüşü keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın günlərdə Türkiyədə Rusiya, Türkiyə və Suriya müdafiə nazirliklərinin texniki nümayəndə heyətlərinin Ankarada görüşü keçiriləcək.

Editor.az bildirir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat veriblər. Görüş zamanı ötən ilin sonunda başlanan Türkiyə ilə Suriya arasında normallaşma prosesi davam etdiriləcək. Müdafiə naziri Hulusi Akarın qeyd etdiyi kimi, danışıqlar prosesinin tərəfləri nəticə əldə etmək üçün hər cür səy göstərirlər.

Xatırladaq ki, 2022-ci ilin sonunda Moskvada Rusiya Federasiyası, Türkiyə və Suriyanın müdafiə nazirlərinin iştirak etdiyi üçtərəfli görüş keçirilib. Tərəflər Suriyadakı böhranın həlli yollarını, qaçqınlar problemini və ekstremist qruplarla mübarizə məsələlərini müzakirə ediblər. Bu ilin yanvarında İranın da həmin danışıqlara qoşula biləcəyi məlum olub.

  //Samir Qurbanov, Editor.az