Ankarada yeni Rusiya-Ukrayna görüşü keçiriləcəkbackend

Ankarada yeni Rusiya-Ukrayna görüşü keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın günlərdə Türkiyə, Rusiya, Ukrayna və BMT arasında humanitar məsələlər üzrə təmas qrupu çərçivəsində görüş keçiriləcək.

Bu barədə telekanal diplomatik mənbələrdən məlumat alıb.

BMT-nin humanitar təmas qrupunun yaradılması təklifinin olduğunu qeyd edən mənbələr, iki ölkə arasında danışıqların aparıldığını bildiriblər. Türkiyə, Rusiya, Ukrayna və BMT arasında görüş bu kontekstdə yaxın günlərdə də davam edə bilər. Tərəflər arasında texniki görüşlər keçiriləcək.

Telekanalın diplomatik mənbələri atəşkəs danışıqları çərçivəsində təhlükəsizlik təminatlarına da diqqət çəkib.

Yenisabah.az