Ankaradakı terror aktının təfərrüatları məlum olub: böyük silah arsenalı ilə gəliblərbackend

Ankaradakı terror aktının təfərrüatları məlum olub: böyük silah arsenalı ilə gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə polisi Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktına cəhdlə bağlı aparılan istintaqın ilk nəticələri barədə məlumat yayıb.

Məlumata görə, yaraqlılardan işə saldıqları partlayıcı qurğudan əlavə terrorçular özləri ilə təxminən 10 kq partlayıcı da gətiriblər. Bildirilir ki, yaraqlıların avtomobilindən 9,7 kq C4 tipli partlayıcı (heksogen) aşkar edilib.

Bundan əlavə, terrorçular özləri ilə bütöv bir silah arsenalı götürüblər: tank əleyhinə qumbaraatan; Kalaşnikov avtomatı; M4 ov tüfəngi; “Glock” və “Blow” tapançaları; üç qumbara. Xatırladaq ki, dünən səhər saatlarında Ankarada iki nəfər Türkiyə Daxili İşlər Nazirliyinin binasına soxulmağa cəhd edib. Hücum zamanı onlardan biri özünü partladıb, digəri isə polis tərəfindən öldürülüb. İki türk polisi yüngül xəsarətlərlə xilas olub.

//Samir Qurbanov, Editor.az