Ankaradan Moskvaya şok: Rusiya üçün boğazlar bağlanırbackend

Ankaradan Moskvaya şok: Rusiya üçün boğazlar bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Rusiya üçün Bosfor və Dardanel boğazlarına çıxışı bağlayır.

Bu barədə Bloomberg məlumat verir.

Dekabrın 1-dən etibarən Türkiyə Rusiya Federasiyası üçün Bosfor və Dardanel boğazlarına çıxışı bağlayacaq. Rusiya nefti daşıyan gəmilər sığorta təminatını təmin etmədikcə sulardan buraxılmayacaq.

Məsələ burasındadır ki, dekabrın 5-dən Rusiya neftçiləri sərbəst şəkildə sığorta ala bilməyəcəklər. 2,5 həftədən sonra bu sənəd yalnız müəyyən edilmiş kondominiumdan aşağı qiymətə neft daşıyan tankerlər üçün əlçatan olacaq.

Rusiya neftçilərini beynəlxalq sığorta xidmətlərindən məhrum edəcək sanksiyalar tezliklə total olacaq. Sanksiyalara və cəzalara Britaniya da qatılıb. Belə ki, dünya miqyasında gəmilərinin tonajının təxminən 90 %-nin sığortasını təmin edən Gəmi Sahiblərinin Qarşılıqlı Sığorta Klublarının Beynəlxalq Qrupu Londonda yerləşir və həmin struktur da sanksiyalar tətbiq edib.

Türkiyənin bu qərarı nəticəsində Qara dəniz limanlarından Rusiya neftinin bütün ixracı – gündə təxminən 650 min barel – təhlükə altına düşəcək.

Xatırladaq ki, Ukraynada müharibə başlayandan az sonra Türkiyənin hakimiyyət dairələri beynəlxalq Montö konvensiyasına uyğun olaraq Rusiyanın hərbi gəmilərinin Bosfor və Dardanel boğazlarından keçidini məhdudlaşdıraraq minimuma endirib.

milli.az