Ankaranın ardınca Kreml də təsdiqlədi: Putin – Ərdoğan görüşü olacaqbackend

Ankaranın ardınca Kreml də təsdiqlədi: Putin – Ərdoğan görüşü olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutacaq.

Editor.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, hazırda iki ölkə liderləri arasında danışıqların tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.

Daha əvvəl Ankara bəyan etmişdi ki, Putinlə Ərdoğan arasında görüş gündəmdədir, lakin hazırda konkret heç nə yoxdur. Xatırladaq ki, Vladimir Putin “İlin yekunları”nda Türkiyə Cümhuriyyətinin lideri ilə İstanbulda danışıqlar aparmaq niyyətində olduğunu qeyd etmişdi.

//Samir Qurbanov, Editor.az