Anna Malyar: Baxmutda döyüşlər səngiyib, lakin…backend

Anna Malyar: Baxmutda döyüşlər səngiyib, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 24-də gün ərzində Donetsk vilayətinin Baxmut şəhərətrafı qəsəbəsində cinahlarda döyüşlərin intensivliyində azalma müşahidə olunur.

Editor.az bildirir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Telegram-da məlumat verib. “Amma bu o demək deyil ki, düşmən zəifləyir. Əksinə, düşmən cinahlarda möhkəmlənməyə çalışır və artilleriya atəşinə arxalanır, davamlı atəşə tutur. Bununla belə, qoşunlarımız [cinahlarda) tədricən irəliləməyə nail olur”, – Malyar yazıb.

Onun sözlərinə görə, Baxmutun özündə düşmənin hücumlarının sayı da azalıb, işğalçılar bölmələri rotasiya edirlər. “Müdafiəçilərimiz şəhərin cənub-qərb hissəsindəki “Samolet” rayonunun bir hissəsinə nəzarət edirlər”, – deyə Ukrayna müdafiə nazirinin müavini yekunlaşdırıb.

  //Samir Qurbanov,Editor.az