Anna Malyar: Ötən həftə bəzi bölgələrdə rusların müəyyən uğurları olub, lakin…backend

Anna Malyar: Ötən həftə bəzi bölgələrdə rusların müəyyən uğurları olub, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Otən həftə ərzində ruslar üç istiqamətdə – Baxmut, Avdeyev və Maryinsk hücumlarını davam etdirib. Editor.az bildirir ki, bu barədə aprelin 30-da müdafiə nazirinin müavini Anna Malyar Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının həftəlik yekunlarına dair hesabatda deyib.

O qeyd edib ki, Ukrayna qoşunlarının fəal müdafiəsi nəticəsində uğursuzluğa düçar olduğu üçün düşmən Liman istiqamətində fəallığı vaxtaşırı azaldıb. “Həftə ərzində müəyyən ərazilərdə düşmən bir az uğur qazanıb, lakin müdafiəçilər itirdikləri mövqeləri geri qaytarıblar”, – Malyar vurğulayıb.

Onun sözlərinə görə, “indi ən qaynar nöqtələr Baxmut və Marinkadadır”. “Baxmut istiqamətində düşmən hücumunu davam etdirir. Baxmut şəhərinin özündə də şiddətli döyüşlər davam edir. Düşmən bütün imkanlarını döyüşə atmasına və bəzi yerlərdə müvəffəqiyyət qazanmasına baxmayaraq, şəhərə nəzarəti ələ keçirə bilmir”, – nazir müavini yazıb. O vurğulayıb ki, ukraynalı döyüşçülər müəyyən ərazilərdə çoxsaylı hücumları dəf edir və əks-hücum təşkil edirlər. “Baxmutun müdafiəçiləri tapşırılan hərbi tapşırıqların öhdəsindən gəlir”, – Malyar əlavə edib.

  //Samir Qurbanov,Editor.az