Anna Malyar: Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində daha 2 km irəliləyib
Ukrayna Silahlı Qüvvələri Baxmut istiqamətində daha 2 km irəliləyib.
Editor.az bidirir ki, bunu müdafiə nazirinin müavini Anna Malyar deyib. Onun sözlərinə görə, “Düşmən planlarını həyata keçirə bilməyib; düşmən böyük canlı qüvvə itkisinə məruz qalıb.
Ukraynalı müdafiəçilər Baxmut istiqamətində 2 km irəliləyib və son həftə Baxmutda bir mövqe itkisi olmayıb”. Malyar qeyd edib ki, düşmən Baxmut istiqamətində “uğurlarından danışır və Ukrayna hərbi komandanlığı haqqında hekayələr uydururlar”. Onun fikrincə, işğalçılar yəqin ki, real vəziyyətə haqq qazandırmaq üçün silah qıtlığı ilə bağlı yalan məlumatlar yayırlar.
//Samir Qurbanov,Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!