Anomal şaxtalar kənd təsərrüfatına 5 milyard dollar həcmində ziyan vurubbackend

Anomal şaxtalar kənd təsərrüfatına 5 milyard dollar həcmində ziyan vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə anormal şaxtalar əhəmiyyətli itkilərə səbəb ola bilər: bu itkilər 5 milyard dollar qiymətləndirilir, bu bardə kənd təsərrüfatı və maliyyə eksperti İbrahim Oğuz bildirib.

“Türkiyədə illik meyvə istehsalı həcmi təxminən 14-15 milyard dollar olmaqla 28 milyon ton təşkil edir. Bu məbləğin təxminən 4-5 milyard dolları itirilib” – İbrahim Oğuz deyib. Xüsusilə fındıq, qoz və heyva istehsalına ciddi ziyan dəyib. Ekspert hesab edir ki, kəsiri Azərbaycan, İran və Özbəkistandan idxal hesabına kompensasiya etmək olar.

Daha əvvəl Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri bildirmişdi ki, şaxtalar meyvə bağlarına xüsusilə ağır zərbə vurub – ərik, şaftalı, nektarin və almanın demək olar ki, bütün məhsulu məhv olub. Eyni zamanda, taxıl, paxlalılar və yağlı bitkilər praktiki olaraq zədələnməyib, onların təchizatında problem olmayacaq.

Xatırladaq ki, aprelin əvvəlində Türkiyəni rekord qıran şaxtalar vurmuşdu: bəzi ərazilərdə havanın temperaturu -15 dərəcəyə enmişdi. Sonuncu dəfə belə anomaliya 2014-cü ildə müşahidə olunub.

//Samir Qurbanov, Editor.az