Antaliyada dənizə girmək qadağan edildibackend

Antaliyada dənizə girmək qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur turizm bölgəsi Antalyada ölkənin cənub-şərqində baş verən yeni zəlzələlər ərəfəsində yeraltı təkanlar hiss olunub.

Editor.az bildirir ki, bu səbəbdən sunami təhlükəsi ilə əlaqədar dənizə yaxınlaşmaq müvəqqəti qadağan edilib. Yerli hakimiyyət orqanları suyun qalxması riski və sunami ehtimalı ilə əlaqədar fevralın 20-də dənizə çıxışa və çimməyə məhdudiyyət qoyulduğunu bildirir.

Zəlzələdən sonra məhdudiyyət Antalya və Mersin şəhərlərində də tətbiq edilib. Turistlər arasında çaxnaşma və ya narazılıq barədə məlumat yoxdur. Qeyd edək ki, fevralın 6-da baş verən fəlakətdən ciddi təsirlənən Hatay vilayətində bazar ertəsi günü yeni güclü zəlzələ baş verib.

  //Samir Qurbanov, Editor.az