Türkiyənin Antalya şəhərində yağışdan sonra göbələk kimi çoxalmış Rusiya və Ukrayna məktəbləri yoxlanılır. Buna səbəb onların əksəriyyətinin fəaliyyət üçün lisenziyasının olmamasıdır.
Editor.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı xəbər verir. Artıq kurort bölgəsinin Ticarət və Sənaye Palatası belə, belə demək mümkünsə, “təhsil” müəssisələrinə qarşı işin başlandığını elan edib.
Təşəbbüsü Antalya Ticarət və Sənaye Palatasının Təhsil Komitəsinin üzvü Kənan Çelik irəli sürüb. “Antaliyada təhsil sektorunda işəgötürənlər olaraq Milli Təhsil Nazirliyinə, eləcə də əyalət və rayon təhsil şöbələrinə şikayətlər veririk və bu lisenziyasız, qanunsuz məktəblər və uşaq bağçasına bənzər yerlərə qarşı cinayət işi başlamaq niyyətindəyik”, – Kenan Çelik bildirib. Rəsminin sözlərinə görə, Antalyada tədrisin rus dilində aparıldığı bir neçə qeyri-qanuni məktəb müəyyən edilib.
Onlarda şəhərdə yaşayan rusdilli ailələrin uşaqları, həmçinin ruslara və ukraynalılar məxsus olduğu iddia edilən daha üç qeyri-qanuni uşaq bağçası və körpələr evi var. Təhsil komitəsi üzvünü ən çox qəzəbləndirən isə qeyri-qanuni məktəblərdən birinin reklam broşürlərində müəlliflərin Türkiyə təhsil sisteminin aşağılanması, təhsilin keyfiyyətsiz və baha olması ilə bağlı fikirlərdir. Eyni zamanda o xatırladıb ki, Antalyada rəsmi qeydiyyatdan keçmiş və lisenziyalı iki rusdilli məktəb var.
//Samir Qurbanov, Editor.az