Antaliyada Rusiya-Ukrayna-Türkiyə üçtərəfli görüşü olacaqbackend

Antaliyada Rusiya-Ukrayna-Türkiyə üçtərəfli görüşü olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 10-da Antalyada Türkiyə, Ukrayna və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.

Editor.az Anadolu Agentliyi -a istinadən xəbər verir ki, Nazir bildirib ki, üçtərəfli görüş Antalya Diplomatik Forumu çərçivəsində keçiriləcək. “Lavrov və Kuleba Antalyaya gələcək. Görüş mənim iştirakımla baş tutacaq və biz bunun təşkili üçün çox səy göstərmişik”, – türkiyəli nazir bildirib. O, həmçinin görüşün bölgədə sülh və sabitliyə töhfə verəcəyinə ümid etdiyini bildirərərək, əsas prioritetin hərbi əməliyyatların dayandırılması olduğunu deyib

//Gülnarə Abasova, Editor.az