Antalya su altındabackend

Antalya su altında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya şəhəri su altında qalıb.

Editor.az xəbər verir ki, bu barədə Türkiyənin “Ekonomim” qəzeti yazıb. “Antalyanın mərkəzində axşam saatlarından başlayan yağış gecə saatlarında daha da güclənib. Vətəndaşlar və nəqliyyat vasitələri yollarda hərəkət etməkdə çətinlik çəkirlər.

Kənd yerlərində bəzi ərazilərdə evlər və iş yerləri su altında qalıb. Yağış səbəbindən rayonlarda nəqliyyat əlaqəsi kəsilib”, qəzet yazır. Antalya valisi Ersin Yazıçının ofisindən verilən açıqlamaya görə, yağış hələ də dayanmayıb, şəhər rəhbərliyi bir sıra məktəblərdə dərsləri ləğv etmək məcburiyyətində qalıb. Türkiyəli xilasedicilər su səbəbindən şəhər əhalisinin sıxışdırılmış hissəsini təhlükəsiz əraziyə təxliyə etməli olublar – insanlar evlərindən, iş yerlərindən və maşınlardan çıxarılıb. Bölgədə işlər davam edir. Yerli hava limanının fəaliyyətində də fasilələr yaranıb.

Daşqın səbəbindən şəhər rəhbərliyi şəhərin beş mərkəzi rayonunda – Aksu, Kafemealtı, Kəpəsə, Konyaaltı və Muratpaşada təhsil müəssisələrinin işini bir günlük müddətə dayandırıb.

//Samir Qurbanov, Editor.az