Antalyada Hakan Fidan və Marko Rubio görüşü baş tuta bilərbackend

Antalyada Hakan Fidan və Marko Rubio görüşü baş tuta bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyada Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Marko Rubio arasında danışıqlar baş tuta bilər.
Editor.az bildirir ki, bu barədə Türkiyə nazirliyindəki mənbə məlumat verib.

Onun sözlərinə görə, Türkiyə XİN rəhbəri amerikalı həmkarı ilə NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində görüşməyi gözləyir. İlkin məlumata görə, Fidan Böyük Britaniya, Almaniya və Fransanın Xarici İşlər nazirliklərinin rəhbərləri ilə də ünsiyyət qurmaq niyyətindədir.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin rəhbərinin Antalyada Türkiyədən və Suriyadan olan həmkarları ilə görüşlər keçirməyi planlaşdırdığı bildirilirdi.

//Samir Qurbanov, Editor.az