Antalyada keçirilən üçtərəfli görüşlə bağlı Çindən AÇIQLAMAbackend

Antalyada keçirilən üçtərəfli görüşlə bağlı Çindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian Ukrayna-Türkiyə-Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü ilə bağlı verdiyi açıqlamada Çin tərəfinin görüşün Ukrayna böhranının sülh yolu ilə həllinə müsbət töhfə verəcəyinə ümid etdiyini bildirib.

Editor.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə Zhao vurğulayıb ki, Çin tərəfi Ukrayna-Türkiyə-Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü də daxil olmaqla, Rusiya-Ukrayna sülhünün əldə olunması üçün bütün diplomatik səyləri alqışlayır.

Görüşün Rusiya-Ukrayna münaqişəsinin başlanmasından bəri keçirilən ən yüksək səviyyəli görüş olduğuna diqqət çəkən Zhao müvafiq tərəflərin eyni istiqamətdə irəliləməsini və danışıqların qarşılıqlı hörmət prinsipi əsasında aparılmasını arzuladığını bildirib.

//Gülnarə Abasova, Editor.az