Antalyada paraşütlə uçan rus turist qəza keçirdibackend

Antalyada paraşütlə uçan rus turist qəza keçirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus olduğu güman edilən turist Antalyada paraşütlə uçarkən qayaların üzərinə yıxılıb.

Editor.az Türkiyənin Gerçek Alanya portalına istinadən xəbər verir ki, paraşütlə uçan rusiyalı turist naməlum səbəbdən Alanya qalası və Fosfor mağarası yaxınlığında qayaların üzərinə düşüb.

Türkiyə xilasediciləri yanğınsöndürənlərin və sahil mühafizəçilərinin iştirakı ilə əməliyyata başlayıb. Turist sağdır, lakin onun düşərkən çoxsaylı sınıqlar aldığı məlum olub, çətinliklə danışır. Xilasedicilər həmin şəxsi qayalıqlardan çıxararaq helikopterlə Qazipaşa xəstəxanasına və ya Antalyaya çatdırmaq niyyətindədirlər.

//Samir Qurbanov,Editor.az