Dünən Antalyada axşam saatlarında Təbii fəlakət baş verib. Güclü yağış və tufan, güclü külək və qasırğa ilə müşaiyət olunan təbii fəlakət genişmiqyaslı daşqınlara səbəb olub, küçələr çaylara çevrilib, yeraltı keçidlər su altında qalıb.
Nəqliyyat kommunikasiyalarında problemlər yaranıb. Güclü leysan Alaniya, Aksu, Akseki, Serik, Alanyada, Avsallar, Manavqat və digər şəhərlərdə müşahidə olunub.
Qasırğa Kalkan bölgəsində zeytun və portağal bağlarına, evlərə və mağazalara ziyan vurub. Demre və Kumluca bölgələrində qasırğa evlərin və məktəblərin damlarına ziyan vurub.
İstixanalara və kənd təsərrüfatı sahələrinə ziyan dəyib, ağaclar və lövhələr sökülüb. 3 nəfər xəsarət alıb. Bir yeniyetmə qasırğa nəticəsində damdan günəş panelinin çökdüyü avtomobildə sıxışıb qalıb. Daha iki gənc isə xəsarətlə xəstəxanaya yerləşdirilib.
//Samir Qurbanov, Editor.az

