Antalyada Vətən müharibəsi  iştirakçısı olan 51 mingəçevirli şəhidlərin xatirəsinə ağac əkiləcəkbackend

Antalyada Vətən müharibəsi iştirakçısı olan 51 mingəçevirli şəhidlərin xatirəsinə ağac əkiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Antalya şəhərində 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş 51 mingəçevirli şəhidin xatirəsinə ağac əkiləcək.

Editor.az xəbər verir ki,  bu  addım Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Nümayəndəliyi   Üzeyir Hacıbəyli adına 11 illik  Musiqi Məktəbi  kollektivinin təşəbbüsü ilə gerçəkləşəcək.

Kollektiv meşə yanğınlarından əziyyət çəkən türkiyəli qardaşlarına dəstək məqsədilə bir ilkə imza atıb. Onlar Türkiyənin Ormanlar Bakanlığının  hesabına topladıqları pul məbləğini köçürərək meşələrin bərpasına dəstək nümayiş etdirib. Həmin hesaba son vətən müharibəsində şəhid olan Mingəçevirli döyüşçülərin xatirəsini əziz tutaraq Antalya şəhərində  yanmış meşə zolağında 51 ədəd ağac əkilməsi üçün  vəsait köçürülüb. Təşəbbüs qardaş ölkədə məmnuniyyət qarşılanıb.