Anti-iran koalisiyası genişlənir: ABŞ-İsrail ittifaqına Fransa da qoşulurbackend

Anti-iran koalisiyası genişlənir: ABŞ-İsrail ittifaqına Fransa da qoşulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronla iki ölkənin İranla bağlı birgə hərəkətləri barədə danışmaq niyyətindədir.

Editor.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin Parisə səfəri ərəfəsində onun ofisində məlumat verilib. Netanyahu qeyd edib ki, görüşün mərkəzi mövzusu İranın təcavüzü və İslam Respublikasının nüvə silahı əldə etmək istəyi ilə mübarizə olacaq.

O, həmçinin bildirib ki, səfər zamanı İsrailə sərmayə qoymaqda maraqlı olan Fransa işgüzar dairələrinin nümayəndələri, eləcə də yerli yəhudi icması ilə görüşəcək. Bundan əlavə, baş nazir İsrailin qonşuları ilə sülh dairəsini genişləndirmək və dərinləşdirmək məqsədi daşıdığına diqqət çəkib. Qeyd edək ki, ötən həftə İranda hərbi obyektlərdə bir neçə partlayış baş verib və İran həmin hadisələrə görə İsraili günahlandırıb.

  //Samir Qurbanov, Editor.az