Anti-Rusiya sanksiyaları neft ticarətində dolların hakim mövqeyini sarsıdıbbackend

Anti-Rusiya sanksiyaları neft ticarətində dolların hakim mövqeyini sarsıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi anti-Rusiya sanksiyaları beynəlxalq neft ticarətində dolların uzunmüddətli hökmranlığını sarsıtmağa başlayıb.

Editor.az “Reuters” agentliyinə istinadən bildirir ki, Rusiyanın dəniz yolu ilə əsas neft bazarı olan Hindistanla əməliyyatların əksəriyyəti dollarla deyil, digər valyutalarla aparılır. Hazırda Hindistan neft idxalına görə dünyada üçüncü yeri tutur və Avropanın sanksiyalar səbəbi ilə Rusiyadan neft tədarükdən imtina etməsindən sonra Rusiya onun aparıcı təchizatçısı olub.

Neftin qiymətinin yuxarı həddi qəbul edildikdən sonra hindistanlı istehlakçılar Rusiya neftinin əsas hissəsini BƏƏ dirhəmi də daxil olmaqla qeyri-dollar valyutası və son vaxtlar rus rublu ilə ödəyiblər. Hindistanın son üç ayda Rusiya neftinin alınması üzrə əməliyyatlar ümumilikdə bir neçə yüz milyon dollara bərabərdir.bu isə o deməkdir ki, Rusiya nefti üçün dirhəm ödənişləri ABŞ və Böyük Britaniyanın sanksiyalarını çətinləşdirə bilər.

Neftin dollarla ödənilməsi onilliklər ərzində demək olar ki, universal praktika olub. SWIFT ödəniş sisteminin yanvar ayı üzrə məlumatına görə, beynəlxalq ödənişlərin ümumi həcmində bu valyutanın payı 40% təşkil edir.

//Samir Qurbanov, Editor.az