Antiinhisar Agentliyində nə baş verir? – ÜÇ VƏZİFƏLİ ŞƏXS İŞDƏN UZAQLAŞDIRILIBbackend

Antiinhisar Agentliyində nə baş verir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində müşavirlər işdən azad olunublar.

Bu barədə Oxu.Az-a məlumat daxil olub.

Məlumatda üç şəxsin dövlət satınalmaları ilə bağlı hüquq pozuntuları səbəbindən işdən çıxarıldığı qeyd edilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əhməd Həsənov və Elşən Həsənov müxtəlif vaxtlarda öz ərizələri əsasında işdən ayrılıblar:

“Cəfər Babayev isə hazırda sədrin müşaviri qismində agentlikdə çalışır”.