Antimilli qüvvələr xarici və daxili düşmənlərimizin səsləndirə bilmədiyi dezinformasiyaları verməklə cəmiyyətdə panika yaratmaq istəyirlərbackend

Antimilli qüvvələr xarici və daxili düşmənlərimizin səsləndirə bilmədiyi dezinformasiyaları verməklə cəmiyyətdə panika yaratmaq istəyirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Daxilimizdəki və xaricdəki düşmənlərimiz sosial şəbəkələrin imkanlarından sui-istifadə edərək, öz çirkin məqsədlərinə nail olmaq istəyirlər”.
Bunu Editor.az a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
O bildirib ki, belə məlumatlar Azərbaycan cəmiyyətində narahatlıq yaratmaq məqsədilə yayılır və yalan xəbərlərin kütləvi şəkildə yayılmasına səbəb olur:
“Onların qarşısını almaq üçün aidiyyəti dövlət orqanları cəmiyyətə tez-tez dolğun informasiya verməlidir. İnformasiya az olanda vətəndaşlarda informasiya qıtlığı yaranır. Bundan da sosial şəbəkə istifadəçiləri, daha doğrusu sui-istifadəçilər öz məqsədləri üçün istifadə edirlər. Verdikləri məlumatlar da Azərbaycan cəmiyyətini narahatlıqda saxlayır. Bu məsələ ilə bağlı dəfələrlə danışılıb. Müdafiə Nazirliyi yalnız əməliyyat haqqında deyil, gündə ən azı 3 dəfə mətbuatı müxtəlif informasiya ilə təmin etsə, belə dezinformasiyalara inam qalmaz. Belə olan halda, vətəndaşlar da əsassız olaraq narahat qalmaz. Əks təqdirdə, belə xəbərlər vətəndaşlarda sual yaradacaq”.
Hərbi ekspertin sözlərinə görə, hazırkı vəziyyət elədir ki, nə sosial şəbəkəni bağlamaq doğrudur, nə də həmin şəxslərlə bağlı inzibati tədbirlər görmək:
“Çünki onlar xaricdə yaşayırlar. Avropanın bir sıra ölkələrində sığınacaq taparaq, dövlətimizin əleyhinə olan təxribat xarakterli məlumatlar paylaşırlar. Başqa hansı formada bunun qarşısını almaq olar, bilmirəm”.