192 şəhid arasında ən gənci İsmiyev Zeynal Mustafa oğludur.
Yenisabah.az xəbər verir ki, 02.07.2005-ci il təvəllüdlü Zeynal İsmiyev Xətai rayonu A.S.Xəlilov adına 263 nömrəli tam orta məktəbi bitirib. Məktəbin 2021-2022-ci il məzunu olan şəhidimiz daha sonra Bakı Biznes və Kooperasiya Kollecinə daxil olub. O, kollecin “Turizm işinin təşkili” ixtisası, 565 saylı qrup tələbəsi olub. Şəhid Kooperasiya liseyində təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. O, Xocavənd istiqamətində qəhrəmancasına şəhid olub.
Lənkəran şəhərindən olan 18 yaşlı qəhrəman Zeynal Mustafa oğlu İsmiyev sadəcə 2 ayın əsgəri olub.
Şəhidimzi Suraxanı rayonundakı Dədə Qorqud Şəhidlər Xiyabanında dəfn olunub.
Qeyd edək ki, şəhidimizin vida və dəfn mərasimində yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, oxuduğu məktəbin və kollecin rəhbərliyi, müəllimləri və tələbələri iştirak ediblər.
Allah rəhmət eləsin!


