İspaniyanın “Real Madrid” klubunun hücumçusu Karim Benzema son günlərdə UEFA Çempionlar Liqasında və La Liqada qolları sıralayır.
Editor.az “sporx” a istinadən xəbər verir ki, İtaliya millisinin keçmiş futbolçusu Antonio Kassano Kərim Benzemanın performansına münasibət bildirib.
“Futbolda sadəcə adlar və vurulan qollar yoxdur. Zidan karyerası ərzində çox qola imza atmadı. Ancaq tarixin gördüyü ən böyük futbolçulardan idi. Rikelmenin də karyerası vurulan qollar baxımından zəngin deyil. Qollar önəmlidir. Ancaq bu karyera üçün önəmli bir rol oynamır. Ronaldo hər gün yuxudan duranda “nə yaxşı Benzaman mənimlə oynayıb” -deyərək dua etməlidir. Benzama keçən il 50-dən çox qolun müəllifi olub. Bu il isə 30 dan çox qolun müəllifidir. Ronaldo hər zaman qol vuran bir oyunçu olub. Ancaq Benzema fərqli bir oyunçudur”,- deyə Kassano bildirib.
//Editor.az

