Antonio Konte: “”Çelsi” üçün məyusam”backend

Antonio Konte: “”Çelsi” üçün məyusam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tottenham”ın baş məşqçisi Antonio Konte keçmiş klubu “Çelsi”nin hazırkı vəziyyətinə görə məyus olduğunu bildirib. Editor.az-ın Türkiyənin Sporx saytına istinadən verdiyi məlumata görə, Konte “Çelsi”ni çox sevdiyini bildirib.

“Heç də asan bir vəziyyət deyil. Həqiqətən də çox məyusam. “Çelsi”də iki möhtəm il keçirtdim və iki kubok qazandım. Oradakı oyunçular üçün, Tomas Tuçel üçün və azerkeşlər üçün ən yaxşısını arzulayıram. Arzu edirəm ki, bu müharibə tez bir zamanda bitsin. Mənim də gözəl illərimi keçirdiyim “Çelsi”nin meydandan kənar problemləri tezliklə həllini tapsın. Daha öncə işlədiyim heç bir klub haqqında belə sözlər deməmişəm. Ancaq “Çelsi”ni çox sevirəm”- deyə Konte bildirib.

Qeyd edək ki, İtaliyalı baş məşqçisi bu mövsüm “Tottenham”dakı postunda 24 oyunda 13 qələbəyə sevinərkən 8 məğlubiyyətə üzülüb. Kontenin komandası 3 dəfə heç-heçəyə nail olub.

//Nəzərbəy Hacıağayev, Editor.az