BMT-nin baş katibi Antonio Quterreş Hindistan və Pakistanı ölkələr arasında münaqişənin hərbi yolla həllindən imtina etməyə çağırıb.
Bu, Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar ilə telefon danışığı zamanı baş verib.
Söhbət zamanı BMT-nin baş katibi Kəşmirdə Hindistan və Pakistan arasında hazırkı gərginliyə səbəb olan terror aktını bir daha kəskin şəkildə pisləyib.
Quterreş qeyd edib ki, cinayətdə günahkar olanlar qanun çərçivəsində cavab verməlidirlər. BMT-nin baş katibi ölkələr arasında hərbi toqquşmaların qarşısının alınması üçün səylərin göstərilməsinin vacibliyini qeyd edərək, böhranın həllində təşkilata kömək təklif edib.
//Samir Qurbanov, Editor.az