Antonio Quterreş: İnkişaf etmiş ölkələr ümumi milli gəlirlərinin 0,15-0,20%-ni inkişaf etməkdə ölkələrə verməlidirlərbackend

Antonio Quterreş: İnkişaf etmiş ölkələr ümumi milli gəlirlərinin 0,15-0,20%-ni inkişaf etməkdə ölkələrə verməlidirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə yardım etmək öhdəliyini yerinə yetirməlidir.

Editor.az bildirir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Antonio Quterreş Qətərdə keçiriilən az inkişaf etmiş ölkələrin inkişafı üzrə konfransın açılışında deyib.

O, belə dövlətlərə yardım üçün ümumi milli gəlirin müəyyən faizinin ayrılmasına çağırıb: “İnkişaf etmiş ölkələrin inkişaf etməkdə ölkələrə ümumi milli gəlirlərinin 0,15-0,20%-ni rəsmi inkişaf yardımı ilə təmin etmək öhdəliyini yerinə yetirmələrinin vaxtı çatıb”, – Quterreş bildirirb.

Onun sözlərinə görə, zəif inkişaf etmiş ölkələr böhran, qeyri-müəyyənlik, iqlim xaosu və dərin qlobal ədalətsizlik fonunda çətin vəziyyətdədir. Quterreş qeyd edib ki, bu ölkələr “ildırım sürəti ilə texnoloji dəyişikliklərlə” ayaqlaşa bilmirlər. Quterreş xatırladıb ki, BMT inkişaf etməkdə olan ölkələrə hər il ən azı 500 milyard dollar vəsaitin ayrılması məsələsində üzv ölkələrin dəstəyini almaq məqsədinə sadiqdir.

Qeyd edək ki, 2022-ci ilin noyabrında Misirdə keçirilən BMT-nin illik iqlim konfransından sonra ən yoxsul ölkələrin geri dönməz iqlim dəyişikliyindən itkilərini kompensasiya etmək üçün fond yaradılması qərara alınıb. İnkişaf etmiş ölkələr könüllü olaraq bu fonda da pul köçürəcəklər.

 //Samir Qurbanov, Editor.az